Qvatemalada arılar sakinlərə hücum edib

Qvatemalada arılar sakinlərə hücum edib Qvatemalada yerli sakinlər arıların hücumuna məruz qalıb.
Maraqlı
12 May , 2020 04:05
Qvatemalada arılar sakinlərə hücum edib

Qvatemalada yerli sakinlər arıların hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkədəki nümayəndəliyi özünün “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə ölkənin qərbindəki El-Palmar ərazisində baş verib. Hücum nəticəsində azı 15 nəfər zərər çəkib. Onlar arasında iki uşaq da var.

Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Onlardan birini - qoca kişini xəstəxanaya çatdırmaq lazım gəlib.

Həşəratların hücumunun səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi