Quba rayonunda xəzinə tapılıb

Quba rayonunda xəzinə tapılıb Tapıntının XIX əsrə aid olduğu bildirilir
Maraqlı
27 Avqust , 2015 22:29
Quba rayonunda xəzinə tapılıb

Bakı. 27 Avqust. REPORT.AZ/ Quba rayonunun Xaltan kəndində kiçik xəzinə aşkar edilib.

"Report" xəbər verir ki, xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar.

Xəzinənin içində xeyli sayda gümüş pul, gümüş pullardan ibarət bir neçə boyunbağı, 1875-ci illərin müxtəlif nominasiyalı kağız pulları, təsbeh, köhnə cildli Quran, gümüş və adi xəncər və köhnə tapança olub.

Tapıntı Quba rayon Polis şöbəsinə təhvil verilib. Hazırda şöbənin Qonaqkənd bölməsinda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi