​Qızı Səddam Hüseynin hədiyyəsi ilə yeni həyata başlayır

​Qızı Səddam Hüseynin hədiyyəsi ilə yeni həyata başlayır Rahat Hüseyn: "İllər öncə atam Səddam Hüseyn mənə firuzə bilərzik hədiyyə etmişdi"
Maraqlı
22 Yanvar , 2015 15:35
​Qızı Səddam Hüseynin hədiyyəsi ilə yeni həyata başlayır

Bakı. 22 yanvar. REPORT.AZ/ İraqın devrilmiş prezidenti Səddam Hüseynin böyük qızı Rahat Hüseyn İngiltərədə yeni həyatına zərgərlik məmulatlarını dizayn etməklə başlamaq niyyətindədir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə o özü bildirib.

"İllər öncə atam Səddam Hüseyn mənə firuzə bilərzik hədiyyə etmişdi. Bilərziklərin qalması üçün əlimdən gələni etdim. İndi yeni bir həyat qurmağa çalışıram. Bu bilərziklər mənə yol göstərən oldu", - R.Hüseyn deyib.

Son xəbərlər

Orphus sistemi