​Qışın ilk günü Avstraliyaya qar yağıb - FOTO

​Qışın ilk günü Avstraliyaya qar yağıb - FOTO İyunun 1-i qitədə rəsmi olaraq qış fəsli başlayıb
Maraqlı
2802
2 İyun , 2015 00:54
​Qışın ilk günü Avstraliyaya qar yağıb - FOTO

Bakı. 02 İyun. REPORT.AZ/ Bazar ertəsi, iyunun 1-də Avstraliyada rəsmi olaraq qış fəsli başlayıb və bol qar yağması ilə yadda qalıb.

"Report" xəbər verir ki, qar ölkənin cənub-şərqinə - Tasmaniya, Viktoriya və Cənubi Uelsə yağıb.

Dağ-xizək kurortlarının operatorları qar örtüyünün 30 santimetrə qədər olduğunu qeydə alıblar.

Bildirilir ki, güclü qar təkcə dağlıq ərazilərə deyil, həmçinin bu cür yağıntıların nadir hadisə hesab olunduğu bəzi regionlara, məsələn, ölkənin paytaxtı Kanberraya da yağıb.

Son xəbərlər

Orphus sistemi