Qadınlar üçün ən təhlükəli meqapolislərin adları açıqlanıb

Qadınlar üçün ən təhlükəli meqapolislərin adları açıqlanıb Qadınlar üçün ən təhlükəli meqapolis Misir paytaxtı Qahirədir
Maraqlı
17 Oktyabr , 2017 11:59
Qadınlar üçün ən təhlükəli meqapolislərin adları açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Thomson Reuters Foundation" xeyriyyə təşkilatı araşdırma apararaq dünyanın hansı meqapolislərinin qadınlar üçün daha təhlükəli olduğunu müəyyənləşdirib.

"Report" xəbər verir ki, araşdırmaların yekununda qadınlar üçün ən təhlükəli meqapolisin Misir paytaxtı Qahirə olduğu anlaşılıb.

Karaçi (Pakistan) və Kinşasa (Konqo) ikinci və üçüncü yerləri bölüşüb.

Dördüncü və beşinci yeri Hindistanın Dehli şəhəri və Perunun paytaxtı Lima tutub. İlk onluqda həmçinin Meksika, Banqladeş, Nigeriya, İndoneziya paytaxtları Mexiko Siti, Dəkkə, Laqos, Cakarta və Türkiyənin İstanbul şəhəri yer alıb.

Siyahıda Nyu-York 13-cü, Moskva isə 16-cı yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi