Putin həftəsonu tətilini Sibirdə keçirəcək

Putin həftəsonu tətilini Sibirdə keçirəcək Vladimir Putin şənbə və bazar günlərini Sibir tayqasında keçirəcək
Maraqlı
20 Mart , 2021 01:31
Putin həftəsonu tətilini Sibirdə keçirəcək

Rusiya prezidenti Vladimir Putin şənbə və bazar günlərini Sibir tayqasında keçirəcək. Müdafiə naziri Sergey Şoyqunun dövlət başçısını tətildə müşayiət edəcəyi gözlənilir.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Putinin də özü jurnalistlərə istirahət planları haqqında danışarkən tayqaya səyahət edəcəyindən bəhs edib.

Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin həftəsonunu Sibirdə keçirəcəyini bildirib. Kremlin sözçüsü qeyd edib ki, Şoyqunun (Müdafiə naziri Sergey Şoyqu – Report) Putinlə səfərə getməsi gözlənilir.

Peskovun sözlərinə görə, Kreml prezidentin səfəri ilə bağlı foto və video reportaj yayımlayacaq.

Son xəbərlər

Orphus sistemi