“Puma” nasizmdə ittiham edilir

“Puma” nasizmdə ittiham edilir Məşhur idman geyim markası “Puma” buraxdığı yeni idman ayaqqabılarına görə nasizmi təbliğ etməkdə ittiham edilir.
Maraqlı
6 Mart , 2020 17:31
“Puma” nasizmdə ittiham edilir

Məşhur idman geyim markası “Puma” buraxdığı yeni idman ayaqqabılarına görə nasizmi təbliğ etməkdə ittiham edilir.

“Report” xəbər verir ki, “Puma”nın yeni idman ayaqqabıları sərt tənqidə məruz qalıb.

Söhbət “Puma”nın “Storm Adrenaline” ayaqqabısından gedir. Sosial şəbəkə istifadəçiləri yeni modeldə Adolf Hitlerin simasının təcəssümünü görüblər.

Qalmaqalın şirkət qurucusunun kim olduğu müzakirəsi açıqlamayanədək böyüməyəcəyi gözlənilirdi.

“Puma”nın yaradıcısı Rudolf Dasslerdir (1898-1974). Onun qardaşı Adolf Dassler (1900-1978) isə “Adidas”ın qurucusudur.

Hər iki qardaş A.Hitlerin dövründə Nasional-Sosialist Partiyasına (NSDAP) aktiv dəstək olublar. 1933-cü ildə isə partiyanın üzvü olublar. İdmanın böyük təbliğatı aparılan Hitler Almaniyasında idman geyimlərinə də tələbat böyük olub. Beləliklə, Dasslerlər Almaniyanın ən varlı ailəsindən birinə çevriliblər. “Puma”nın qurucusu Rudolf 1945-ci ilədək nasistləri dəstəkləyib. Müharibə bitəndən sonra isə ölkədən qaçıb. Sonradan o, saxlanılsa da, 1946-cı ildə bəraət alıb.

Qalmaqalla bağlı “Puma” şirkəti açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi