Pentaqon UNO-ların görüntüsünü yayımladı - VİDEO

Pentaqon UNO-ların görüntüsünü yayımladı - VİDEO ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi internet saytında uçan naməlum obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.
Maraqlı
1011
28 Aprel , 2020 02:32
Pentaqon UNO-ların görüntüsünü yayımladı - VİDEO

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi internet saytında uçan naməlum obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, üç videodan biri 2004-cü ilin noyabr ayında, digəri isə 2015-ci ilin yanvar ayında çəkilib. 2007 və 2017-ci illərdə videolar Pentaqonun icazəsi olmadan internetə sızdırılıb. Lakin, Hərbi Dəniz Qüvvələri videoların həqiqiliyini təsdiqləyib.

Hərbi təyyarələrdən qeydə alınan videolarda naməlum uçan obyektlər görünür. Onların görünüşü nə təyyarələrə, nə helikopterlərə, nə də insanların tanıdığı digər uçan vasitələrə bənzəmir.

Pentaqon bildirib ki, videolar ictimaiyyət nümayəndələrinə verilən hər hansı yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə yayılıb. 

Son xəbərlər

Orphus sistemi