Özbəkistanda koronavirusa yoluxma sayı 17 minə çatır

Özbəkistanda koronavirusa yoluxma sayı 17 minə çatır Özbəkistanda son sutka ərzində 537 nəfərdə yeni növ koronavirus aşkar edilib
Maraqlı
20 İyul , 2020 11:10
Özbəkistanda koronavirusa yoluxma sayı 17 minə çatır
0 : 00
0 : 00

Özbəkistanda son sutka ərzində 537 nəfərdə yeni növ koronavirus aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, bununla Özbəkistanda qeydə alınan koronavirusa yoluxma hallarının ümumi sayı 16 966-ya çatıb.

Qeyd olunur ki, virusdan ölənlərin sayı 84 nəfərdir.

Pandemiyanın başlanmasından bəri ölkədə koronaviruslu 9 127 xəstə sağalıb.

Son xəbərlər

Orphus sistemi