Xərçəng xəstəliyinin inkişafını azaldan mikroorqanizmlər aşkarlandı

Xərçəng xəstəliyinin inkişafını azaldan mikroorqanizmlər aşkarlandı Şiitake göbələkləri onkoloji xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.
Maraqlı
1659
2 Sentyabr , 2020 05:39
Xərçəng xəstəliyinin inkişafını azaldan mikroorqanizmlər aşkarlandı

Şiitake göbələkləri onkoloji xəstəliklərin inkişafı riskini azaltmağa kömək edir.

“Report” xəbər verir ki, müvafiq açıqlamanı "Göbələk yetişdirmə məktəbi" jurnalının baş redaktoru Aleksandr Xrenov verib.

O, vurğulayıb ki, həmin göbələklər güclü immunomodulyator xüsusiyyətlərə malikdir, buna görə yaponlar onlardan xərçəngə qarşı preparatların yaradılması üçün istifadə edirlər.

Xrenov əlavə edib ki, şiitakedə xərçəng əleyhinə effekt başqa göbələklərdə qeydə alınmış analoji xüsusiyyətləri üstələyir.

Qeyd edək ki, Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin də xərçəngin əsas "düşmən"ini açıqlayıb.

Onun sözlərinə görə, erkən diaqnostika xəstəliyi vaxtında aşkar etməyə imkan verir, buna görə də tam sağalma şansları artır. Həkim sağlamlıqda şikayətlərin yaranması vaxtı dərhal həkimlərə müraciət etməyi məsləhət görüb.

Xatırladaq ki, bu göbələklər qədim növ kimi həm də gözəl dadı, müalicəvi keyfiyyəti ilə seçilir. Bəzi ölkələrdə şiitake qəlyanaltı sayılır, xoş dadı və ətrinə görə nəinki kulinariyada, hətta tibb və kosmetologiyada da yüksək qiymətləndirilir.

Bu növ göbələklər qanda xolesterin və şəkərin də miqdarını azaldır. Çinin, Vyetnamın, Cənubi Koreyanın, eləcə də digər ölkələrin tibb ekspertləri, səhiyyə nazirlikləri şiitake göbələklərini xərçəng əleyhinə rəsmi dərman kimi qəbul edirlər.

Son xəbərlər

Orphus sistemi