Omanda qadın taksi sürücüləri fəaliyyətə başlayıblar

Omanda qadın taksi sürücüləri fəaliyyətə başlayıblar Bakı. 1 mart. REPORT.AZ/ Oman sultanlğının küçələrində zərif cinsin nümayəndələrini daşımaq üçün qadın taksi sürücüləri fəaliyyətə başlayıblar.
Maraqlı
1 Mart , 2018 01:57
Omanda qadın taksi sürücüləri fəaliyyətə başlayıblar

Bakı. 1 mart. REPORT.AZ/ Oman sultanlğının küçələrində zərif cinsin nümayəndələrini daşımaq üçün qadın taksi sürücüləri fəaliyyətə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Omanın Yol Polisi Departamenti hələ yanvarın sonlarında ölkədə qadınlara taksi və yük avtomobilləri idarə etməyə icazə veriləcəyini bildirib. Polisin xəbərində deyilirdi, bu təşəbbüs Oman hökumətinin qadınların biznesdə və işdə eyni hüquqlarla bolgüsü üzrə siyasətinin hissəsidir.

Omanda qadınlar üçün nəzərdə tutulan taksi avtomobilləri qara narıncı rəngli maşınlardan çəhrayı, mavi və ağ rənglə seçiləcəklər.

Ölkə qadınları taksi sürmək hüququ barədə xəbəri sevinclə qarşılayıblar. Qadınlar hesab edirlər ki, bu, taksiləri onlar üçün daha çox təhlükəsiz edəcək və pulu qazanmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi