"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb

"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb Qasırğa Estoniyaya Portuqaliyada meşə yanğınlarından sonra yaranmış tüstü və his gətirib
Maraqlı
18 Oktyabr , 2017 18:26
Ofeliya qasırğası səbəbindən Tallində çirkli yağış yağıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.

"Report"un Estoniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib. Bu səbəbdən ölkə ərazisində çirkli yağış müşahidə olunub.

Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.

Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.

Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi