Empire State Building binasının işıqları 1 saatlıq söndürülüb

Empire State Building binasının işıqları 1 saatlıq söndürülüb Nyu-York sakinləri Şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondunun “Yer saatı” aksiyasında iştirak edib.
Maraqlı
31 Mart , 2019 11:24
Empire State Building binasının işıqları 1 saatlıq söndürülüb

Nyu-York sakinləri Şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondunun “Yer saatı” aksiyasında iştirak edib.

“Report”un TASS-a istinadən xəbərinə görə, yerli vaxtla saat 20:30-da başlayan aksiya çərçivəsində şəhərin məşhur göydələnlərindən olan 102 mərtəbəli Empire State Building binasının işıqları 1 saatlıq söndürülüb.

Bundan əlavə, aksiyaya dəstək məqsədilə “Tayms Square” meydanındakı bir neçə monitor, habelə BMT-nin mənzil-qərargahı da işıqsız qalıb. 

Xatırladaq ki, hər il keçirilən “Yer saatı” aksiyasında ABŞ-la yanaşı BMT üzvü olan bəzi dövlətlər də iştirak edir. Nəticədə bu ölkələrdə yerləşən bank, mehmanxana, universitet, muzey və digər ictimai binalar bir saatlıq qaranlığa qərq olur. Aksiyanın məqsədi planet əhalisinin diqqətini iqlim dəyişikliyi probleminə yönəltməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi