Nyu-York polisi şəhər merinin çıxışı zamanı ona arxa çevirib

Nyu-York polisi şəhər merinin çıxışı zamanı ona arxa çevirib Lyu ilə vida mərasimində bir neçə min polis iştirak edib
Maraqlı
5 Yanvar , 2015 01:58
Nyu-York polisi şəhər merinin çıxışı zamanı ona arxa çevirib
Bakı. 5 yanvar. REPORT.AZ/ Nyu-Yorkda şəhər meri Bill de Blazionun qətlə yetirilmiş polisin dəfn mərasimində çıxışı zamanı polis əməkdaşları etiraz əlaməti olaraq ona arxa çeviriblər.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İki polis əməkdaşı — 40 yaşlı Rafael Ramos və 32 yaşlı Ven Dzin Lyu dekabrın 20-də güllələniblər. Onlara atəş açan daha sonra özü də intihar edib.

Lyu ilə vida mərasimində bir neçə min polis iştirak edib.

Son xəbərlər

Orphus sistemi