"Nokia" yeni "2720 Flip" modelini təqdim edib - FOTO - VİDEO

"Nokia" yeni "2720 Flip" modelini təqdim edib - FOTO - VİDEO Nokia şirkəti qatlanıb açılan Nokia 2720 Flip modelini buraxılışını elan edib.
Maraqlı
323
6 Sentyabr , 2019 05:59
Nokia yeni 2720 Flip modelini təqdim edib - FOTO - VİDEO

"Nokia" şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelini buraxılışını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Nokia" markasının hüquqlarına malik "HMD Global" şirkətinin saytında yayılmış press-relizdə bildirilir.

Telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib. "Nokia 2720 Flip" 2,8 düym ekranına malikdir, "WhatsApp""Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib. Qurğunun üz tərəfində həmçinin kiçik ekran var.

Qeyd edilir ki, "Nokia 2720 Flip" özündə əvvəlki "qatlanıb-açılma" dizaynını, sadəliyi və etibarlılıq dizaynını birləşdirir. Yeni modelin satışına bu ay başlanılacaq.

O göy, qara və çəhrayı rənglərdə satışa buraxılacaq. "HMD Global"-ın bildirdiyinə görə, yeni modelin qiyməti 89 avro təşkil edəcək.

Orphus sistemi