"Report" xəbər verir ki, bu addım ölkə hökuməti tərəfindən qadın sərnişinlərin cinsi zorakılıqdan qorunması məqsədi ilə atılıb.
Üzərində "yalnız qadınlar üçün" yazısı olan dörd 17 yerlik mini-avtobus nəqliyyatın sıx olduğu vaxtlar və axşam saatlarında paytaxtın əsas marşrutları üzrə hərəkət edəcəklər.
Avtobusları qadın sürücülər idarə edəcəklər.