NASA Yerdən kənar həyatın mövcudluğunu təsdiqləyib

NASA Yerdən kənar həyatın mövcudluğunu təsdiqləyib Alimlər Yerə həyatın meteorit vasitəsilə kənardan gətirilməsi barədə əvvəllər irəli sürülmüş nəzəriyyəni təsdiqləyə biliblər
Maraqlı
3 Avqust , 2015 20:19
NASA Yerdən kənar həyatın mövcudluğunu təsdiqləyib

Bakı. 3 avqust. REPORT.AZ/ NASA alimlərinin tədqiqatları Yerdən kənar həyatın mövcudluğunu təsdiq edib. AMEA-dan "Report"a verilən xəbərə görə, alimlər Yerə həyatın meteorit vasitəsilə kənardan gətirilməsi barədə əvvəllər irəli sürülmüş nəzəriyyəni təsdiqləyə biliblər.

Tədqiqatın özəyində belə bir qənaət durur ki, Yerə kosmosdan Vitamin B3 kimi tanınan nikotin turşusu molekulları gətirilə bilərdi. Bir çox illər ərzində onları bolidlərin tərkibində tapıblar. Alim Karen Smit bildirib ki, onun rəhbərliyi altında tədqiqatçılar 8 meteroiti öyrəniblər. Onların tərkibində Vitamin B3 molekulları müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi