NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO - FOTO

NASA "InSight" zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO - FOTO Fotoşəkildə toz hissəcikləri və "Qırmızı planet"in üfüqü görünür
Maraqlı
164
27 Noyabr , 2018 09:32
NASA InSight zondunun Marsda çəkdiyi ilk şəkilləri göstərib - VİDEO - FOTO
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ NASA "InSight" kosmik zondunun Marsda çəkdiyi ilk fotoşəkili dərc edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, zond "Qırmızı planet"in səthinə noyabrın 26-da eniş edib. Aparat Elizey dağlıq ərazisinə enib.

"İnanılmaz uğur!", - ABŞ-ın vitse-prezidenti Mayk Pens "Twitter" səhifəsində yazıb.

Fotoşəkildə toz hissəcikləri və Mars planetinin üfüqü görünür. Yayım zamanı kosmik aparatın bütün sisteminin normal fəaliyyət göstərdiyi qeyd edilib.

Xatırladaq ki, ABŞ zondları Marsda səkkizinci dəfə araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi