Hindistanda qadın "tonqalda yandırılması"ndan sonra evinə qayıdıb

Hindistanda qadın "tonqalda yandırılması"ndan sonra evinə qayıdıb Bakı. 25 dekabr. REPORT.AZ/ Hindistanda qadın tonqalda yandırılmasından sonra evinə qayıdıb.
Maraqlı
25 Dekabr , 2018 06:12
Hindistanda qadın tonqalda yandırılmasından sonra evinə qayıdıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Hindistanda qadın "tonqalda yandırılması"ndan sonra evinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Məlumata görə, hadisə Patiala şəhərində baş verib. Ölmüş hesab edilən Naina Rani yaxınlarının onun "cəsəd"ini yandırdıqdan sonra evə qayıdıb. 

Bildirilir ki, qadın dekabrın 8-də itkin düşüb. Polis əvvəlcə güman edib ki, qadın ərini ataraq, başqa kişi ilə kənddən qaçıb. Bir neçə gün sonra yerli fermer qadın cəsədinin olduğu kisə tapıb. Cəsədin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Lakin Raninin valideynləri cəsədin qızlarına məxsus olduğunu deyiblər. Hüquq-mühafizə orqanları qadının sevgilisi tərəfindən kəsici alətlə öldürüldüyünü bildiriblər.

Təhqiqat başa çatandan sonra yaxınları qadının cəsədini yandırıblar. Lakin bir neçə gündən sonra qadın evə qayıdıb. 

Hazırda polis dəfn edilmiş cəsəddən DNT analizləri götürərək, yenidən onun şəxsiyyətini müəyyənləşdirməyə çalışır. 

Daha əvvəl məlum olub ki, Hindistanda dünyanın ikinci ən böyük heykəli ucaldılacaq. Hindistanın Uttar Pradeş ştatının hakimiyyəti dünyanın ən hündür ikinci heykəlinin Ayodhya şəhərində qəhrəman tanrı Rama ucaldılacağını elan edib.

Son xəbərlər

Orphus sistemi