​Moskvada zoopolislərin yaradılması təklif olunur

​Moskvada zoopolislərin yaradılması təklif olunur Zoopolislər şəhər sakinlərini küçə heyvanlarından qoruyacaqlar
Maraqlı
26 Yanvar , 2015 02:54
​Moskvada zoopolislərin yaradılması təklif olunur

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada zoopolislərin yaradılması təklif olunur. Müvafiq təklif artıq şəhər meri Sergey Sobyaninə göndərilib.

"Report" "İzvestiya" nəşrinə istinadən yazır ki, ideyanın müəllifi Rusiya Federasiyası İctimai Palatasının təhlükəsizlik komissiyasının sədri Anton Svetkovdur.

Zoopolislər şəhər sakinlərini küçə heyvanlarından, ev heyvanlarını isə qəddar sahiblərindən və doqhanterlərdən qoruyacaqlar.

"Belə bir xidmət bir sıra xarici ölkələrdə artıq çoxdan mövcuddur və özünü kifayət qədər yaxşı tərəfdən göstərib", - deyə təşəbbüs müəllifi merə məktubunda bildirib.

Son xəbərlər

Orphus sistemi