Moskva zooparkında 84 yaşlı alliqator ölüb

Moskva zooparkında 84 yaşlı alliqator ölüb Moskva zooparkında 74 il yaşamış Saturn adlı alliqator ölüb.
Maraqlı
1331
23 May , 2020 15:49
Moskva zooparkında 84 yaşlı alliqator ölüb

Moskva zooparkında 74 il yaşamış Saturn adlı alliqator ölüb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, timsahın özünün 84 yaşı olub və qocalıqdan ölüb.

Maraqlıdır ki, bu növ alliqatorla vəhşi təbiətdə 30-50 il yaşayır.

Saturn 1936-cı ildə ABŞ-da anadan olub. Qısa zaman sonra Berlin zooparkına köçürülən heyvan 1943-cü il noyabrın 23-də baş verən bombardman zamanı oradan qaçıb. 1946-cı ildə britaniyalı əsgərləri tərəfindən aşkar edilən timsah SSRİ-yə təhvil verilib. Elə həmin ilin iyul ayında Saturn Moskva zooparkının üzvünə çevrilib.

Son xəbərlər

Orphus sistemi