Ötən il 16 milyon mobil qurğu kiberhücuma məruz qalıb

Ötən il 16 milyon mobil qurğu kiberhücuma məruz qalıb “Android” mobil əməliyyat sistemləri kiberhücumlara daha həssasdır
Maraqlı
16 Fevral , 2015 20:45
Ötən il 16 milyon mobil qurğu kiberhücuma məruz qalıb

Bakı. 16 fevral. REPORT.AZ/Keçən il 16 milyon mobil qurğu kiberhücumlara məruz qalıb.

"Report" “Alcatel-Lucent Motive Security Lab” şirkətinin 2014-cü il üçün hesabatına istinadən bildirir ki, cinayətkarlar 16 milyon mobil qurğudan istifadəçi məlumatlarının oğurlanması üçün "zərərli mürəkkəb proqram" təminatından istifadə ediblər.

Əldə olunan tədqiqat məlumatları göstərir ki, 2014-cü ildə mobil qurğulara kiberhücumlar 25 faiz artıb. “Android” və “Windows Phone” mobil əməliyyat sistemləri cinayətkarlar arasında daha populyar olub. “Android” kənar mənbələrdən yoxlanılmamış əlavələri yükləmək imkanına malik olmasına görə kiberhücumlara daha həssasdır. “iPhone” və “BlackBerry” smartfonlarının həyata keçirilən haker hücumlarında payı 1 faizə bərabərdir.

Yeni viruslar smartfonun olduğu yeri müəyyənləşdirə, daxil olan və çıxan zənglərə, mətnli bildirişlərə və elektron poçta nəzarət edə, eləcə də "web” brauzerin işini izləyə bilir.

“Alcatel-Lucent Motive Security Lab”ın direktoru Kevin Mak Nemi qeyd edib ki, zərərli proqram təminatı ilə yoluxdurma adətən mobil qurğu sahiblərinin öz fərdi informasiyalarının təhlükəsizlik qaydalarına qeyri-ciddi yanaşmasına görə baş verir.

Hesabatda o da vurğulanıb ki, ötən il POS-terminallara, şəhər şəbəkələrinə, “DSL” modemlərə, kabel modemlərinə, "WiFi” şəbəkəsinə çıxış nöqtələrinə, "DNS” və “NTP” serverlərinə "DDoS” hücumların sayı artıb.

Son xəbərlər

Orphus sistemi