“Miss Qızılorda” gözəlliyinə görə kafedə işləyir

“Miss Qızılorda” gözəlliyinə görə kafedə işləyir “Miss Qızılorda-2017” və “Miss Qazaxıstan” yarışının iştirakçısı Gülnur Nurtaza Qızılorda şəhərində yerləşən kafelərin birində işə düzəlib.
Maraqlı
31 Yanvar , 2021 13:48
“Miss Qızılorda” gözəlliyinə görə kafedə işləyir
Gülnur Nurtaza

“Miss Qızılorda-2017” və “Miss Qazaxıstan” yarışının iştirakçısı Gülnur Nurtaza Qızılorda şəhərində yerləşən kafelərin birində işə düzəlib.

“Report”un məlumatına görə, bu barədə “365info” portalı xəbər yayımlayıb.

Qeyd olunur ki, kafedə çəkilmiş videoda Gülnurun sarımsaq təmizlədiyi və boşqabları yuduğu əks olunub. Gülnur gözəllik müsabiqələrinin iştirakçısı olduğunu da təkzib etməyib.

Onun tanışları bildiriblər ki, Gülnur Nurtaza hazırda maddi baxımdan çətin vəziyyətdədir. Belə ki, valideynlərini itirdiyindən özünü təmin etməyə məcbur qalıb.

Qız xarici görünüşünə görə iş tapmaqda çətinlik çəkir. Belə ki, qadınlar onu ərlərinə qısqanır, kişilər isə tez-tez ona nalayiq təkliflər edirlər.

Son xəbərlər

Orphus sistemi