Misirdə 7 min ildən çox yaşı olan qədim şəhər tapılıb

Misirdə 7 min ildən çox yaşı olan qədim şəhər tapılıb Alimlər hesab edir ki, şəhərin tarixi e.ə. 5316-cı ilə gedib çıxır
Maraqlı
997
24 Noyabr , 2016 10:38
Misirdə 7 min ildən çox yaşı olan qədim şəhər tapılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Misirdə arxeoloqlar yaşı 7 mindən çox olduğu təxmin edilən qədim şəhər aşkar ediblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, qazıntı aparılan sahədə bina, alətlər, məişət və mətbəx ləvazimatları, eləcə də böyük məzar tapılıb.

Şəhər Misirin ən qədim şəhərindən biri olan Abidosda firon I Setinin məbədinin yaxınlığında, Nil çayının sahilində yerləşir.

Ekspertlərin fikrincə, bu ərazidə aşkar edilən 15 sərdabənin ölçüsü orada dəfn edilənlərin yüksək sosial statusunu göstərir.

Bu şəhərdə yüksək vəzifəli rəsmilərin və sərdabə inşa edənlərin yaşadığı güman edilir. Şəhərin inkişaf tarixi qədim Misir tarixində erkən dövrə düşür.

Alimlər hesab edir ki, şəhərin tarixi e.ə. 5316-cı ilə gedib çıxır.

Foto: egyptindependent.com

Son xəbərlər

Orphus sistemi