Misir höküməti paytaxtı köçürmək istəyir

Misir höküməti paytaxtı köçürmək istəyir Yeni şəhərin ərazisi Sinqapur qədər olacaq, əhalisi isə 5 milyon nəfərə çatacaq
Maraqlı
162
14 Mart , 2015 01:20
Misir höküməti paytaxtı köçürmək istəyir

Bakı. 14 mart. REPORT.AZ/ Misir höküməti ölkə paytaxtını Qahirədən 45 kilometr şərqdə yerləşəcək yeni şəhərə köçürmək niyyətindədir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeni paytaxt layihəsini ictimaiyyətə açıqlayan Misir hökümətinin üzvü Mustafa Madbuli bildirib ki, yeni şəhər ölkənin əsas ticarət arteriyası hesab olunan Süveyş kanalına Qahirədən daha yaxın olacaq.

"Hazırda Qahirədə 20 milyona yaxın insan yaşayır. Proqnozlara görə bu rəqəm 40 ildən sonra iki dəfə artacaq. Bunu nəzərə alaraq dövlət idaretmə sistemini rahatladacaq alternativ paytaxtın tikintisini planlaşdırmışıq", - deyən Misirli nazirin sözlərinə görə, yeni şəhərin tikintisi təxminən 45 milyard dollara başa gələcək, inşaatı isə 7 il davam edəcək.

"Bütün nazirliklər yeni paytaxta köçürüləcək. Yeni şəhərin ərazisi Sinqapur qədər olacaq, əhalisi isə 5 milyon nəfərə çatacaq", - deyə M.Madbuli əlavə edib.

Son xəbərlər

Orphus sistemi