Hollivud aktyoru Stiven Siqal Rusiyada torpaq sahəsi alır

Hollivud aktyoru Stiven Siqal Rusiyada torpaq sahəsi alır Rusiyanın Buryatiya Respublikasına səfər etmiş məşhur Hollivud aktyoru və rejissoru Stiven Siqal bildirib ki, "Uzaq şərq hektarı" proqramı ila maraqlanır.
Maraqlı
628
27 İyul , 2020 07:02
Hollivud aktyoru Stiven Siqal Rusiyada torpaq sahəsi alır
0 : 00
0 : 00

Rusiyanın Buryatiya Respublikasına səfər etmiş məşhur Hollivud aktyoru və rejissoru Stiven Siqal bildirib ki, "Uzaq şərq hektarı" proqramı ila maraqlanır.

“Report”un məlumatına görə, bu barədə respublika hökumətinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Bu proqrama əsasən respublikada torpaq sahəsi almaq olar.

Stiven Siqal Buryatiyaya iyulun 21-də Baykal gölünə və İvolqinsk budda universitet-monastrına baş çəkmək, həmçinin mədəniyyətlə və qədim təriqətçi ənənələrlə tanış olmaq üçün gəlib.

"Stiven Siqal "Uzaq şərq hektarında" iştirakını istisna etmir. Hollivud ulduzu Buryatiyada uşaqların təlimi döyüş sənətləri ilə məşğul olmaq və Baykalı müdafiə etmək istərdi", - hökumətin mətbuat xidmətindən bildirilib.

Buryatiyada proqramın reallaşdırılması müddətində 2,1 min nəfər, Zabaykalsk diyarında isə 3,2 min insan torpaq sahələri alıb. Onlar torpaq sahələrini əsasən fərdi yaşayış tikintisi məqsədi ilə alıblar.

Son xəbərlər

Orphus sistemi