​Məşhur ailədə qalmaqal baş verib

​Məşhur ailədə qalmaqal baş verib "Edmond de Rothschild Group": "Heç bir struktur Rotşildin adına təkbaşına iddia edə bilməz"
Maraqlı
1676
27 Mart , 2015 11:43
​Məşhur ailədə qalmaqal baş verib

Bakı. 27 mart. REPORT.AZ/ Məşhur Rotşildlər sülaləsinin təmsilçiləri arasında qalmaqal yaranıb. "Report" xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Xəbərdə bildirilib ki, onlar bir-biri ilə nəslin adının hüquqi varisliyi uğrunda mübahisə edir.

Qəzet qeyd edib  ki, bu, Rotşild Avropada özünün bank sistemini yaradandan 200 il sonra ilk dəfədir baş verir.

Rotşild nəslinin iki qolu Fransa məhkəməsində üz-üzə gələ bilər. Məlumata görə, fransız-isveçrəli "Edmond de Rothschild Group"u iddia edir ki, fransız "Rothschild&Cie. В Edmond de Rothschild Group" qrupunun özünü "Rotşild ailə qrupunun strukturundan saymaq hüququ" yoxdur.

"Edmond de Rothschild Group" bildirib hi, heç bir struktur Rotşildin adına təkbaşına iddia edə bilməz.

"Paris-Orléans" ("Rothschild&Cie"in baş ofisi) məsələni şərh etməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi