Meksikada "balıq yağışı" yağıb

Meksikada "balıq yağışı" yağıb Hadisə ölkənin şimal-sərgində yerləşən Tampikoda qeydə alınıb
Maraqlı
28 Sentyabr , 2017 05:56
Meksikada balıq yağışı yağıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Meksikanın Tamaulipas ştatında maraqlı təbiət hadisəsi baş verib. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin Mülki Müdafə İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkənin şimal-sərgində yerləşən Tampiko şəhərində yağış damcıları ilə yanaşı, yerə balaca balıqlar düşməyə başlayıb.

İdarə yağış zamanı göydən yerə düşən balaca balıqların fotolarını yayıb. 

Son xəbərlər

Orphus sistemi