Meksika körfəzində yanğın - alov dənizin səthinə qalxdı - VİDEO

Meksika körfəzində yanğın - alov dənizin səthinə qalxdı - VİDEO Meksika körfəzində “Pemex” neft və qaz şirkətinə məxsus sualtı boru xəttində yanğın baş verib.
Maraqlı
3 İyul , 2021 11:22
Meksika körfəzində yanğın - alov dənizin səthinə qalxdı - VİDEO

Meksika körfəzində “Pemex” neft və qaz şirkətinə məxsus sualtı boru xəttində yanğın baş verib.

“Report” xarici mediaya istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 05:15-də başlayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Verilən məlumatlara görə, 78 metr dərinlikdə yerləşən boru xəttində qaz sızması baş verib. Lakin alovlanmanın səbəbi hələ ki, aydın deyil. Yanğının söndürülməsi üçün 5 saat vaxt sərf olunub.

Hadisə yerindən yayılmış videogörüntülərdə əriyən isti lavanı xatırladan alovların dənizin səthinə qalxdığını görmək olar.

Son xəbərlər

Orphus sistemi