Marsdan fotolar əldə edilib

Marsdan fotolar əldə edilib Marsa enərək səthində idarə olunması isə 300 milyon dollara başa gəlib
Maraqlı
20 Fevral , 2021 12:56
Marsdan fotolar əldə edilib

ABŞ-ın Marsa yolladığı “Perseverance” səyyar tədqiqat aparatının səthə endikdən sonra Yerə göndərdiyi fotolar NASA-nın (Milli Aeronavtika və Fəza Agentliyi) tvitter səhifəsində yerləşdirilib.

“Report” xəbər verir ki, şəkillərdən birində Mars səthinin torpağı, digərində üfüqədək geniş mənzərəsi, üçüncüsündə isə “Perseverance” Marsa enmə ərəfəsində əks olunub.

Qeyd edək ki, NASA-nın Kaliforniyadakı laboratoriyasında qabaqcıl texnologiyalar əsasında hazırlanan “Perseverance” 10 x 9 x 8 fut ölçülərinə, bir tonadək çəkiyə malikdir, 20-dək kamera, kimyəvi analiz cihazı və süxur götürmək üçün qurğu ilə təchiz olunub. Ötən il iyulun 30-da “Atlas V” raketi vasitəsilə fəzaya çıxarılan “Perseverance” 293 milyon mil məsafə qət edərək fevralın 18-də Marsın şimal yarımkürəsində yerləşən 28 millik Yezero kraterinə enib. NASA ekspertlərinin fikrincə, keçmişdə çay mənsəbi olmuş həmin ərazidə su və orqanik nümunələrinin tapılması ehtimalı yüksəkdir. Bu cihazın qarşıdakı iki il ərzində Marsda çalışdırılması nəzərdə tutulur.

Bütövlükdə “Perseverance”ın hazırlanaraq göndərilməsi 2,4 milyard dollara, Marsa enərək səthində idarə olunması isə 300 milyon dollara başa gəlib.

Son xəbərlər

Orphus sistemi