Malidə qadın eyni vaxtda 9 uşaq dünyaya gətirib

Malidə qadın eyni vaxtda 9 uşaq dünyaya gətirib Halima Sisse martın sonunda Malinin paytaxtı Bamakoda xəstəxanada iki həftə qaldıqdan sonra, ölkə Prezidenti Ba Ndaunun fərmanı ilə Mərakeşdə klinikaya köçürülüb
Maraqlı
1303
5 May , 2021 10:36
Malidə qadın eyni vaxtda 9 uşaq dünyaya gətirib

Qərbi Afrika ölkəsi olan Mali Respublikasının sakini bir anda 9 uşaq dünyaya gətirib – 5 qız və 4 oğlan.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, Halima Sisse martın sonunda Malinin paytaxtı Bamakoda xəstəxanada iki həftə qaldıqdan sonra, ölkə Prezidenti Ba Ndaunun fərmanı ilə Mərakeşdə klinikaya köçürülüb.

“Səhiyyə və sosial inkişaf naziri məmnuniyyətlə bildirir ki, 2021-ci il mayın 4-də H.Sisse həm Malidə, həm də Mərakeşdə aparılmış ultrasəs müayinələrində açıqlandığı kimi 7 deyil, 9 körpəni qeysəriyyə yolu ilə dünyaya gətirib. Yeni doğulanlar (beş qız və dörd oğlan) və ana özlərini yaxşı hiss edirlər”, – Səhiyyə Nazirliyi feysbukda bildirib.

“Agence France Presse” agentliyinin məlumatına görə, ananın 25 yaşı var. Bir neçə həftədən sonra onlar Maliyə qayıdacaqlar.

Son xəbərlər

Orphus sistemi