Bakı. 17 sentyabr. REPORT.AZ/ Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio BMT-nin sülhməramlı səfiri təyin edilib. "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun ənənəvi illik mətbuat konfransında açıqlama verib.
Baş katib bildirib ki, Hollivud ulduzunun səfir təyin olunması haqqında qərar qəbul edib. Aktyor iqlim dəyişiklikləri məsələləri ilə məşğul olacaq.
Di Kaprio ilk dəfə səfir qismində sentyabr ayının 23-də mövzu ilə bağlı BMT Baş Assambleyasının açılışı çərçivəsində keçiriləcək iqlim dəyişiklikləri mövzusunda sammitdə çıxış edəcək.