Los-Ancelesdə Devid Bekhemə heykəl qoyulub

Los-Ancelesdə Devid Bekhemə heykəl qoyulub Bakı. 3 mart. REPORT.AZ/ MLS-də çıxış edən Los-Anceles Qelaksi komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.
Maraqlı
3 Mart , 2019 07:34
Los-Ancelesdə Devid Bekhemə heykəl qoyulub

Bakı. 3 mart. REPORT.AZ/ MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.

“Report” xəbər verir ki, təntənəli mərasim yeni müntəzəm çempionat öncəsi ev oyunlarının keçirildiyi "Stabhab Senter" arenası yaxınlığında keçirilib.

Bildirilir ki, Bekhem MLS tarixində heykəl qoyulan ilk futbolçu olub.

İngilis futbolçu "Los-Anceles Qelaksi"də 2007-2012-ci illərdə çıxış edib. Onun aktivində 124 oyuna 20 qol və 42 məhsuldar ötürmə var. O, Kaliforniya klubunun heyətində iki dəfə MLS çempionu olub.

Son xəbərlər

Orphus sistemi