Lerikdə qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

Lerikdə qeyri-adi təbiət hadisəsi baş verib - FOTO Rayonun kənd bələdiyyəsinin sədri göydən soxulcan yağdığını bildirib
Maraqlı
2 Aprel , 2017 11:16
Lerikdə qeyri-adi təbiət hadisəsi baş verib - FOTO

Lerik. 2 aprel. REPORT.AZ/ Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

"Report"un Cənub bürosunun məlumatına görə, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.

Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.

Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin "Report"a açıqlamasında həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:

"Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub".

Son xəbərlər

Orphus sistemi