Koronavirus suda məhv olur?

Koronavirus suda məhv olur? Koronavirus hissəciklərinin 90%-i 24, 99,9%-i isə 72 saat ərzində suda məhv olur.
Maraqlı
2990
1 Avqust , 2020 16:08
Koronavirus suda məhv olur?

Koronavirus hissəciklərinin 90%-i 24 saat, 99,9%-i isə 72 saat ərzində suda məhv olur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu nəticəyə Rusiyanın “Vektor” Virusologiya Mərkəzinin mütəxəssisləri gəliblər.

Alimlərin sözlərinə görə, koronavirus dexlorlaşmış və dəniz suyunda mövcudluğunu qoruya bilsə də, çoxalmır.

Bundan başqa, onun aktivliyi birbaşa suyun dərəcəsindən asılıdır. Belə ki, qaynayan suda virus tamamilə yoxa çıxır.