Köçəri quşlar Atatürk hava limanında təyarrələrin enib-qalxmasına problem yaradır

Köçəri quşlar Atatürk hava limanında təyarrələrin enib-qalxmasına problem yaradır Bakı. 10 aprel. REPORT.AZ/ “Biz hazırıq, ancaq quşlar uçuş-eniş zolağında olduğundan qalxa bilmirik”.
Maraqlı
1286
10 Aprel , 2018 14:15
Köçəri quşlar Atatürk hava limanında təyarrələrin enib-qalxmasına problem yaradır

Bakı. 10 aprel. REPORT.AZ/ “Biz hazırıq, ancaq quşlar uçuş-eniş zolağında olduğundan qalxa bilmirik”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Düsseldorf şəhərinə uçan "Türk Hava Yolları"na məxsus təyyarənin pilotu Atatürk Hava Limanında dispetçerə deyib.

Havalar istiləşdikcə quşların köç xətti üzərində yerləşən Atatürk Hava Limanında leylək qatarı ilə bağlı tez-tez həyəcan siqnalı verilir. Leylək qatarı Türkiyə Hava Yollarının İğdır-İstanbul istiqamətində uçan təyyarələrin uçuş-eniş zolağından keçməyə məcbur olur.

Hava limanına eniş etmək istəyən təyyarənin pilotu isə dispetçerlə ratsiya ilə danışığında bildirir: “Aşağıdan leylək qatarı keçdiyindən enə bilmirik”.

Son xəbərlər

Orphus sistemi