Moldova paytaxtında 1 km uzunluğunda Rumınya bayrağı açılacaq - FOTO

Moldova paytaxtında 1 km uzunluğunda Rumınya bayrağı açılacaq - FOTO Bayraq aksiyası ölkə tarixinə düşəcək
Maraqlı
1 Dekabr , 2016 06:07
Moldova paytaxtında 1 km uzunluğunda Rumınya bayrağı açılacaq - FOTO

Kişinyov. 1 dekabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişineu şəhərinin əsas prospektində min metr uzunluğunda Rumıniyanın üçrəngli bayrağı açılacaq.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Milli bayramı – Birlik gününün 98-ci ildönümünə həsr olunan bayraq aksiyası bu ölkədəki unionistlər (Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarları – "Report") təşkilatı olan "Şərəf, Ləyaqət və Vətən" İctimai birliyi tərəfindən təşkil olunacaq. 

Birliyin sədri Vlad Bileçki vətəndaşları aksiyaya qoşulmağa çağırıb. “Moldovada kimin prezident olmasından asılı olmayaraq, moldovanlar özlərini rumın hiss edir və Rumıniya ilə birləşmək istəyirlər”.

Bakı vaxtı ilə saat 15-də paytaxtın əsas prospektlərindən biri olan “Ştefan çel Mare”-də keçiriləcək aksiya 2 saat davam edəcək. Sonda 1 km uzunluğunda olan rumın bayrağı hissələrə bölünərək ölkə üzrə məktəb və liseylərə paylanılacaq.

Rumıniyadan Moldovaya gətirilən bayrağın hazırlanmasına 2 ay vaxt sərf olunub. Qeyd edək ki, min metr uzunluğundakı budəfəki bayraq aksiyası ölkə tarixinə düşəcək hadisə kimi yadda qalacaq. Belə ki, əvvəlki illərdə təşkil olunan analoji aksiyalarda bayrağın uzunluğu 300 metr olub. 

Son xəbərlər

Orphus sistemi