Kirk Duqlas vəfat etdi - FOTO

Kirk Duqlas vəfat etdi - FOTO Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.
Maraqlı
6 Fevral , 2020 04:00
Kirk Duqlas vəfat etdi - FOTO

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə onun oğlu, məşhur aktyor Maykl Duqlasa istinadən “People” jurnalını bildirib.

"O, bütün dünya üçün əfsanə, kinonun qızıl əsrindən aktyor idi", - Maykl Duqlas deyib. Onun sözlərinə görə, Kirk Duqlas həyatını çox gözəl yaşayıb və kinematoqrafiyada gələcək nəsillərə miras qoyub.

Kirk Duqlas (İser Daniloviç-red) kinoda çoxsaylı rollarla məşhurdur. O, "Spartak" və "Detektiv tarixi" filmlərində rol oynayıb. 

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.

Son xəbərlər

Orphus sistemi