KİV: Ərdoğan Putinlə uğurlu fotosunun çəkilməsi üçün qızdan yanında dayanmasını xahiş edib - VİDEO - FOTO

KİV: Ərdoğan Putinlə uğurlu fotosunun çəkilməsi üçün qızdan yanında dayanmasını xahiş edib - VİDEO - FOTO Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib.
Maraqlı
4 Aprel , 2018 06:37
KİV: Ərdoğan Putinlə uğurlu fotosunun çəkilməsi üçün qızdan yanında dayanmasını xahiş edib - VİDEO - FOTO

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin aprelin 3-də Ankaraya işgüzar səfəri çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə foto çəkdirməsi zamanı maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, bu barədə "Zvezda" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, iştirakçılar xatirə fotosu çəkdirmək üçün yanaşı dayanıblar. Ərdoğan onun yanında bir neçə kişinin, Putinin yanında isə üç qadının dayandığını müşahidə edib. Belə olduqda Türkiyə lideri fotokadrın yaxşı alınması üçün xanımlardan birinin onun tərəfinə keçməsini xahiş edib.

Bundan sonra görüşün qadın iştirakçılarından biri Ərdoğanın sağ tərəfinə keçib və həvəslə fotoqraf qarşısında dayanıb. 

Son xəbərlər

Orphus sistemi