​Keniyada 100 yaşlı qadın həbsdən azad edilib

​Keniyada 100 yaşlı qadın həbsdən azad edilib Qadın cəriməni ödəmədiyi üçün həbsə düşüb
Maraqlı
100
20 Mart , 2015 23:19
​Keniyada 100 yaşlı qadın həbsdən azad edilib

Bakı. 20 mart. REPORT.AZ/ Keniyada 100 yaşlı qadın həbsxanadan azad edilib.

“Report”un məlumatına görə, Marqaret Nqima təqribən 1000 ABŞ dolları məbləğində cəriməsini ödəmədiyi üçün üç ay müddətinə Embu şəhər həbsxanasına düşüb.

O, torpaq çəkişməsi üzrə iş ilə bağlı dinləmələr zamanı məhkəməyə qarşı hörmətsizlik etdiyinə görə cərimə olunub.

Nqimanın həbsi Keniyada rezonansa səbəb olub. Bir həftədən sonra yerli senator Mayk Sonko qadının cəriməsini ödəyib və o azad edilib.

Son xəbərlər

Orphus sistemi