​Keniya parlamentində müzakirələr deputatlar arasında dava ilə nəticələnib

​Keniya parlamentində müzakirələr deputatlar arasında dava ilə nəticələnib Müxalifətdən olan deputatlar, etiraz əlaməti olaraq qanun layihəsinin mətninin dərc olunduğu vərəqləri cıraraq yerə atmağa başlayıblar
Maraqlı
19 Dekabr , 2014 02:31
​Keniya parlamentində müzakirələr deputatlar arasında dava ilə nəticələnib
Bakı. 19 dekabr. REPORT.AZ/ Dekabrın 18-də Keniya parlamentində təhlükəsizlik haqqında yeni qanunla bağlı müzakirələr zamanı müxalifətdən olan deputatlar, etiraz əlaməti olaraq qanun layihəsinin mətninin dərc olunduğu vərəqləri cıraraq yerə atmağa başlayıblar.

"Report" "Euronews.com"a istinadən xəbər verir ki, parlamentin spikeri sessiyanı yarım saatlıq dayandırmaq məcburiyyətində qalıb.

Lakin iclas yenidən bərpa olunan zaman dava düşüb, parlamentdən canlı yayım dayandırılıb, jurnalistlərdən zalı tərk etmələri xahiş olunub. Polis parlamentin binası qarşısında bir neçə nümayişçini həbs edib.

“Keniyalıların çətinliklə əldə olunan azadlığı təhlükə altındadır. Və burada söhbət təhlükəsizlik məsələlərindən getmir. Təhlükə oliqarxların idarə etdiyi hakimiyyət tərəfdən gəlir”, – deyə müxalifətçi bildirib.

Ölkə prezidenti Uxuru Keniata terrorçuluqla mübarizə çərçivəsində təhlükəsizlik haqqında qanuna düzəlişlər etməyə çağırıb. Dəyişikliklər təhlükəsizlik orqanlarına böyük hüquqların verilməsini nəzərdə tutur. Müxalifətin fikrincə, bu, konstitusiyanın keniyalılara verdiyi hüqüq və azadlıqların pozulmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi