Keçən il Rusiyanın Sverdlovsk vilayətində nikah bağlayan azərbaycanlıların sayı artıb

Keçən il Rusiyanın Sverdlovsk vilayətində nikah bağlayan azərbaycanlıların sayı artıb Taciklər 712 nikah sayı ilə sıralamada lider olub
Maraqlı
8 Aprel , 2015 17:43
Keçən il Rusiyanın Sverdlovsk vilayətində nikah bağlayan azərbaycanlıların sayı artıb

Bakı. 8 aprel. REPORT.AZ/ Keçən il Rusiyanın Sverdlovsk vilayətində nikah bağlayan azərbaycanlıların sayı artıb. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu ərazidə nikaha daxil olan azərbaycanlıların sayı 388 nəfər təşkil edib.

Bununla da azərbaycanlılar həmin vilayətdə əcnəbilərlə ailə quranlar sırasında ikinci yerdə qərarlaşıblar. Azərbaycan bu sıralamada ancaq Tacikistandan geridə qalıb. Belə ki, taciklər 712 nikah sayı ilə sıralamada lider olub. 2013-cü ildə isə onların sayı 289 təşkil edib. Sıralamada üçüncü yeri 239 nikahla Özbəkistan tutub.

Qeyd edək ki, keçən il Rusiyanın Sverdlovsk vilayətində ümumilikdə xarici dövlətlərin vətəndaşları ilə 2 256 nikah qeydə alınıb. 2012-ci ildə belə nikahların sayı 1 038 olub. 

Son xəbərlər

Orphus sistemi