Kanadanın iki sakini milli lotereyada 12 milyon dollar udub

Kanadanın iki sakini milli lotereyada 12 milyon dollar udub
Maraqlı
2318
17 Dekabr , 2018 03:28
Kanadanın iki sakini milli lotereyada 12 milyon dollar udub

Bakı. 17 dekabr. REPORT.AZ/ Kanadanın "49-dan 6-ı" milli lotereyasında 16 milyon Kanada dolları (12 milyon ABŞ dolları) qazanılıb

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda oyunu keçirən OLG şirkətinin nümayəndələri bildiriblər.

Qeyd edilir ki, uduşa düşən nömrələr - 11, 12, 22, 36, 46 və 47 olub. Bonus sayı 7 olub. 

Hal-hazırda iki qalibin olduğu məlumdur. Onlar əsas mükafatı öz aralarında böləcəklər. Bu uduşlu biletlərdən biri Ontario əyalətlərində, ikinci bilet isə ölkənin mərkəzi regionlarından birində satılıb.

Lotereyada həmçinin 1 milyon Kanada dolları (750 min ABŞ dolları) məbləğində də "təsəlliverici mükafat" oynanılıb. Onu Ontarionun əyalətinin sakini udub. 

Milli lotereyaların qaydalarına əsasən, mükafatın alınması üçün uduşlu qəbzi təşkilatçılara təqdim etmək lazımdır. Qalibin adı ictimaiyyətdən gizli saxlanılır.

Ötən ay Kanadada yerli sakin lotereyada milli valyuta ilə 9,6 milyon dollar (7,3 milyon ABŞ dolları) udub.