Kanadada nadir almaz tapılıb

Kanadada nadir almaz tapılıb Bakı. 14 dekabr. REPORT.AZ/ Kanadanın Şimal-Qərb Torpaqları əyalətindəki Diavik mədənində 552 karatlıq (110,4 qram) sarı almaz tapılıb.
Maraqlı
100
14 Dekabr , 2018 21:44
Kanadada nadir almaz tapılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Kanadanın Şimal-Qərb Torpaqları əyalətindəki Diavik mədənində 552 karatlıq (110,4 qram) sarı almaz tapılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu, Şimali Amerikada indiyədək tapılan ən iri almazdır. Bundan əvvəlki rekord 1888-ci ildə tapılmış 440 karatlıq sarı almaza məxsusdur.

Mədənin sahibi olan “Dominion Diamond Mines” şirkətinin baş direktoru Şeyn Dörgin daşın zərgər keyfiyyətində olduğunu, lakin dəyərini təyin etmək üçün hər hansı əlamətini aşkar etmədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Hindistan dünyada ilk dəfə almaz birjası yaradıb.

Son xəbərlər

Orphus sistemi