Kadir İnanır parlament seçkisi ilə bağlı son mövqeyini açıqlayıb

Kadir İnanır parlament seçkisi ilə bağlı son mövqeyini açıqlayıb O, addımını "haqsızlıq olmasın" deməklə əsaslandırıb
Maraqlı
5 Fevral , 2015 16:54
Kadir İnanır parlament seçkisi ilə bağlı son mövqeyini açıqlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Kadir İnanır HDP-dən (Xalqların Demokrat Partiyası) millət vəkilliyinə namizəd olmayacaq.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, K.İnanır bunu partiyanın həmsədri Səlahəddin Dəmirtaşla söhbətində açıqlayıb. Məlumata görə, o öz addımını "haqsızlıq olmasın" deməklə əsaslandırıb.

Tanınmış sənətkar millət vəkilliyinə namizədlikdən imtina etməsini səhhətində yaranmış problemlə əlaqələndirlib.

Son xəbərlər

Orphus sistemi