İtaliyalı kişi 15 il ərzində işə çıxmadan yarım milyard avro qazanıb

İtaliyalı kişi 15 il ərzində işə çıxmadan yarım milyard avro qazanıb 67 yaşlı kişi 2005-ci ildən bəri işdə bir saat belə keçirməyib və qarşılığında 500 min avro əldə edib
Maraqlı
351
20 Aprel , 2021 20:50
İtaliyalı kişi 15 il ərzində işə çıxmadan yarım milyard avro qazanıb

İtaliya Maliyyə Qvardiyası Kalabriya vilayətindəki Katandzaro şəhərində yerləşən xəstəxanada kütləvi saxta işədüzəltmə hadisəsini müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Məlumata görə, məsuliyyətə cəlb olunan 7 nəfərdən biri xəstəxananın yanğın təhlükəsizliyi bölməsində qeydiyyatda olub. 67 yaşlı kişi 2005-ci ildən bəri işdə bir saat belə keçirməyib və qəzet bunu rekord adlandırıb.

15 illik “xidmət”i ərzində italiyalı kişi 500 min avro qazanıb. Bundan əlavə, Maliyyə Qvardiyası tərəfindən aparılan araşdırmada xəstəxana rəhbərlərinin hədə-qorxuya məruz qaldığı və bu səbəbdən işçinin cəzasız qaldığı aşkar edilib.

Əməkdaşlardan biri müstəntiqlərlə söhbətində hansısa “çox görkəmli bir şəxsin” 2005-ci ildə ofisə gəldiyini və yalançı işçinin əməllərinə göz yummayacağı təqdirdə özü və ailəsi üçün problemlər yaranacağı ilə təhdid olunduğunu xatırlayıb.

Prokurorluq həmçinin xəstəxananın yüksək vəzifəli əməkdaşlarına qarşı vəzifədən sui-istifadə etmək, sənəd saxtakarlığı və qəsb ittihamları ilə əlaqədar istintaqı yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi