İndoneziyada general Napoleon Bonapart rüşvətə görə həbs olundu

İndoneziyada general Napoleon Bonapart rüşvətə görə həbs olundu İndoneziyada Napaleon Bonapart adlı polis general müfəttişi rüşvətə görə saxlanılıb və həbsxanaya salınıb
Maraqlı
198
11 Mart , 2021 00:59
İndoneziyada general Napoleon Bonapart rüşvətə görə həbs olundu

İndoneziyada Napoleon Bonapart adlı polis general müfəttişi rüşvətə görə saxlanılıb və həbsxanaya salınıb.

Bu barədə “Report” “Jakarta Globe”yə istinadən bildirir.

Cakartanın Korrupsiyaya qarşı Məhkəməsinin hökmünə əsasən, polis zabiti yarım ildə 370 min ABŞ dolları və 200 min Sinqapur dolları məbləğində rüşvət alıb. O, bu cinayətinə görə, 4,5 il müddətinə həbs cəzasına məhkum edilib. Napoleon Bonapart bu pulların müqabilində rüşvətxorluqda ittiham edilərək axtarışa verilən şəxsin ölkəyə qayıtmasına kömək edib.

Məhkəmə həmçinin işdə adı keçən digər yüksək vəzifəli şəxsi də 3,5 il müddətinə azadlıqdan məhrum edib. Bu, sabiq briqada generalı Prasetiko Utomodur.

Napoleon Bonapart
Napoleon Bonapart

Son xəbərlər

Orphus sistemi