İtaliyada həbsxanadan qaçan məhkumlar qayıdacaqlarını vəd veriblər - FOTO

İtaliyada həbsxanadan qaçan məhkumlar qayıdacaqlarını vəd veriblər - FOTO Romada məhbuslar həbsxanadan qaçış vaxtı izahedici məktub qoyublar.
Maraqlı
18 İyun , 2020 06:55
İtaliyada həbsxanadan qaçan məhkumlar qayıdacaqlarını vəd veriblər - FOTO

Romada məhbuslar həbsxanadan qaçış vaxtı izahedici məktub qoyublar.

“Report” xəbər verir ki, bu barədə “la Repubblica” qəzeti bildirib.

Qeyd edilir ki, yaxın qohum olan Lil Ahmetoviç və Davad Zukanoviç iyunun 3-də gecə saatlarında Romanın Rebibbya həbsxanasından qaçıblar. Onlar kameranın barmaqlıqlarını mişarlayıblar. Məhbusların qaçışı yalnız iki-üç saat sonra məlum olub.

Lil Ahmetoviç və Davad Zukanoviç öz hərəkətlərinin səbəbini kamerada qoyduqları məktubda izah ediblər. Onların dediklərinə görə, qaçış dərin şəxsi səbəblərlə şərtlənib. Xalaoğlular övladlarının narkotik şəbəkəsindən qurtarmağa qərar veriblər. 

Lil Ahmetoviç
Lil Ahmetoviç

Məhbusların övladlarına yalnız onların ataları kömək edə bilərdilər. Çünki onların anaları da həmçinin həbsxanada cəza çəkir. Məhkumlar işlərini həll edilən kimi həbsxanaya qayıtmağa söz veriblər və məktubu imzalayıblar. Onların fikrincə, buna iki həftə vaxt lazım ola bilərdi.

Məktubda göstərilmiş müddət çərşənbə günü başa çatıb, lakin məhbuslar həbsxanaya könüllü şəkildə qayıtmayıblar, əksinə, onları Romadan 340 kilometr məsafədəki Pizedə yaxalayıblar. İlkin informasiyaya görə, qohumlar paytaxtda oğurlanmış avtomobildə Toskanaya çatıblar. Saxlanılma əməliyyatının gedişatında onlar müqavimət göstəriblər və karabinerlərdən birinə yüngül xəsarət yetiriblər. 

Davad Zukanoviç
Davad Zukanoviç

Yaxın qohumlar həbsxanaya dələduzluq və bir sıra mülki cinayətlərə, o cümlədən satınalınmaya və oğurluq malın saxlanılmasına görə düşüblər. Onlar 2029-cu ildə azadlığa çıxmalı idilər. Lakin indi xalaoğluların cəza müddətinə qaçışa görə 5 il əlavə edilə bilər. İstintaq Ahmetoviçin və Zukanovçin iki həftə boyunca polisdən gizlənməsinə kimin kömək etdiyini araşdırmalıdır. 

Son xəbərlər

Orphus sistemi