İsraildə 5 min il yaşı olan şəhər aşkarlanıb

İsraildə 5 min il yaşı olan şəhər aşkarlanıb İsrail arxeoloqları ölkənin şimalında, Eyn Ayron yaşayış məntəqəsinin yaxınlığında 5 min il yaşı olan qədim şəhərin xarabalıqlarını aşkarlayıblar.
Maraqlı
124
6 Oktyabr , 2019 20:31
İsraildə 5 min il yaşı olan şəhər aşkarlanıb

İsrail arxeoloqları ölkənin şimalında, Eyn Ayron yaşayış məntəqəsinin yaxınlığında 5 min il yaşı olan qədim şəhərin xarabalıqlarını aşkarlayıblar.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Qədim Dövr üzrə Milli İdarə məlumat yayıb.

"Bu erkən tunc dövrünün "Nyu-York"udur", - deyə idarənin "Facebook"dakı səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, şəhərin ərazisi 65 hektar olub. Əhalisinin sayı isə 6000 nəfərə çatıb.

Arxeoloqların fikrincə, şəhər istehkamla əhatəyə alınıb. O, ictimai zonalara, küçələrə, xiyabanlara, yaşayış sahələrinə malik olub.

Son xəbərlər

Orphus sistemi