İspaniyada kişi morqda yarılmadan əvvəl dirilib

İspaniyada kişi morqda yarılmadan əvvəl dirilib Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyanın şimalında morqa artıq ölmüş şəxs kimi gətirilən kişi anidən dirilib.
Maraqlı
9 Yanvar , 2018 16:45
İspaniyada kişi morqda yarılmadan əvvəl dirilib
photographee.eu/Depositphotos

Bakı. 9 yanvar. REPORT.AZ/ İspaniyanın şimalında morqa artıq ölmüş şəxs kimi gətirilən kişi anidən dirilib.

"Report" İspaniyanın "The Local" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı kişi Asturiya bölgəsindəki həbsxanada məhbus olub. Mühafizəçilər onu heç bir yaşama əlaməti olmadan kamerasında aşkar ediblər.

Həkim müayinəsindən sonra o, ölü elan edilib və morqa göndərilib. Yarılmadan bir neçə dəqiqə əvvəl isə morqun işçiləri xırıltı eşidiblər. Torbanı açan zaman kişi özünə gəlib. Onu xəstəxanaya yerləşdiriblər.

Tibb müəssisəsində ona katalepsiya diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi